"Rübabə Muradova və Zeynəb Xanlarova kimi sənətkarlarla..."

"Rübabə Muradova və Zeynəb Xanlarova kimi sənətkarlarla..."
19:12 1 Yanvar 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti, ustad xanəndə Arif Babayev nostalji duyğulara qapılıb.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən xanəndə vaxtilə opera səhnəsində yaratdığı obrazlardan danışıb: "Leyli və Məcnun"da Məcnun oynayanda heç musiqi təhsilim yox idi. Amma Rübabə Muradova və Zeynəb Xanlarova kimi sənətkarlarla tərəf-müqabili olmuşam. Rübabə xanım misilsiz Leyli idi. Həmişə Şam səhnəsini oxuyanda ağlayırdı. Mən ondan soruşurdum ki, ağlayanda bəs səsin boğulmur? O dərəcədə sənətin vurğunu idi".

Xanəndə opera səhnəsini tərk etməsinin səbəbini də açıqlayıb: "Gərək sənətdən üzüsulu gedəsən. Mən də gördüm ki, bir qədər yaşa dolmuşam və çəkim də əvvəlki kimi deyil. Yeriyəndə ağırlığımdan səhnənin döşəməsi titrəyir. Qərara aldım ki, operadan gedim. Sənətçi var, təqaüdə çıxıb, yenə də Leyli oynamaq həvəsindədir. Gərək hər işi vaxtında görəsən".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/394670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR