"Rabitəbank" rəhbərliyində dəyişiklik olub

"Rabitəbank" rəhbərliyində dəyişiklik olub
10:17 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ "Rabitəbank" ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik olub. İdarə Heyətinin sədrinin müavinlərindən biri - Fərhad Hacınski öz xahişi ilə vəzifəsindən ayrılıb.
"Report"a Bankdan verilən məlumata əsasən, hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, digər müavin Eldar Ağayev vəzifəsində qalıb. Hazırda Bankın İdarə Heyətinin sədri Elçin Qədimovdur.
Müşahidə Şurası isə sədr və iki üzvdən ibarətdir. MŞ sədri Zakir Nuriyevdir, Kamal Mədətov və Aslan Xasıyev isə Şuranın üzvləridir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR