ATU-da imtahanların obyektivliyini təmin etmək üçün bütün tədbirlər görülüb

ATU-da imtahanların obyektivliyini təmin etmək üçün bütün tədbirlər görülüb
14:58 6 Yanvar 2016
34 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Texnologiya Universitetində 2015/2016-cı tədris ilinin qış imtahan sessiyasına başlanıb. Trend-in məlumatına görə, bakalvr və magistr pilləsində əyani təhsil alan tələbə və magistrantlardan imtahalar test üsulu ilə kompüterlə və yazılı qaydada götürülür.

Yanvarın 5-dən 29-dək davam edəcək imtahan sessiyasında qiymətləndirmə kredit sistemi əsasında aparılır. İmtahanların aparılmasına xüsusi təlimatlandırmadan keçmiş əməkdaşlar tərəfindən nəzarət olunur. İmtahan nəticələrinin qiymətləndirilməsi isə İnformasiya Texnologiyaları Şöbəsi tərəfindən xüsusi proqram vasitəsilə həyata keçirilir, nəticələr həmin gün açıqlanır. Valideyinlərin imtahan prosesi barədə məlumatlandırılması məqsədilə də tədbirlər görülüb. Onlar imtahanların təşkili, gedişi və şəffaflığın təmin olunması tədbirləri ilə bağlı məlumatlandırılır, arzu etdikdə imtahanların gedişini izləmələrinə şərait yaradılır. Eyni zamanda valideyinlərin iradları olduqda bildirmələri üçün rektorluqda qaynar xətt də yaradılıb.

Universitet rəhbərliyi tərəfindən də imtahanların obyektivliyinə ciddi nəzarət olunur. ATU-nun rektoru professor Akif Süleymanov imtahanların təşkili və həyata keçirilməsində şəffaflığın təmin olunmasını yoxlamaq üçün bir neçə auditoriyada prosesi izləyib. Rektor imtahan komissiyasının üzvləri və nəzarətçilərə bir daha bütün imtahan prosesinin tam qanunauyğun keçirilməsini təmin etmək barədə tapşırıqlarını verib, tələbələrin fikirləri ilə maraqlanıb. İmtahanlarda iştirak edən tələbə və magistrantlar biliyin qiymətləndirilməsinin tam şəffaf qaydada aparılmasına görə minnətdarlıq ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2477317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR