Uşaqları üçün darıxan azərbaycanlı qadın fahişəlik tələsinə düşdü

Uşaqları üçün darıxan azərbaycanlı qadın fahişəlik tələsinə düşdü
17:18 8 Yanvar 2016
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə azərbaycanlı qadını əxlaqsızlığa cəlb edən kişi yaxalanıb.

ANS PRESS-in Türkiyə mətbuatına istina dla verdiyi məlumata görə, handisə Adana şəhərində baş verib. Polis 34 yaşlı Ahmet A.-nın Azərbaycan vətəndaşı olan 29 yaşlı qadını fahişəliyə cəlb etdiyini müəyyən edib.

Polis qadını xilas etmək üçün müştəri qismində əməliyyata başlayıb. Ahmet A. 260 lirə qarşılığında qadını təqdim edə biləcəyini deyib.

Mülki geyimli polis nömrələnmiş pulu şübhəli şəxsə verdikdən sonra o saxlanılıb.


Türk polisinin yaxaladığı Ahmet A.


Polisə ifadə verən azərbaycanlı qadın iki övladı olduğunu deyib. "Azərbaycanda iki uşağım qalıb. Burada çalışıb onlara viza və sairə xərclər üçün lazım olan 4500 dolları qazanmağa çalışırdım. Amma heç cürə iş tapa bilmədim. Bu arada Ahmetlə tanış oldum. O da mənə "fahişəlik et, pul yığ" dedi. Mən də uşaqlarım üçün çox darıxdığım, onları yanıma gətirtmək üçün razılaşdım".

Polis saxlanılan kişinin azərbaycanlı qadını 500-1000 lirə arası cinsi istismara məruz qoyduğunu müəyyən edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR