Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Belə ki BŞBPİ NMİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Quba rayon sakini, 1993-cü il təvəllüdlü Mərhəmət Sədirovdan 5,15, Bakı şəhər sakinləri - Xəzər Rayon Polis İdarəsinin (RPİ) tərəfindən borclu kimi axtarışda olan 1987-ci il təvəllüdlü Nahid Həsənovdan 5,88 və əvvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Rəşad Əzimovdan 5,84 qram, ona məxsus zəmbildən isə 19 kiloqram 150 qram qurudulmuş marixuana aşkar edilib.
Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.