​Rusiya hökuməti neftin 15-20 dollara kimi ucuzlaşacağını proqnozlaşdırır

​Rusiya hökuməti neftin 15-20 dollara kimi ucuzlaşacağını proqnozlaşdırır
14:17 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Rusiya cari dövlət büdcəsini optimallaşdırmasa, 1998-ci ildəki ağır böhranla üzləşə bilər. "Report"un məlumatına görə, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bugünkü çıxışında qeyd edib. 
O, bildirib ki, büdcənin günün reallıqlarına uyğun yenidən tənzimlənməsi zərurəti yaranıb. Büdcə islahatları həyata keçirilməsə, əhalinin çox ağır bir vəziyyətlə qarşılaşacağını açıqlayan nazir, hələ ki, dövlət qurumlarının xərclərinin 10% azaldılması barədə təkliflərini təcili olaraq gözlədiyini bildirib. Nazirin sözlərinə görə, təşkilatların büdcələrini təsdiq etməsinə baxmayaraq, özləri effektiv olmayan, əsas maddələr üzrə xərclərin kəsilməsi barədə qərar qəbul etməlidir.
Qeyd edək ki, maliyyə naziri çıxışında neft qiymətlərinin yaxın zamanda azalmağa davam edəcəyini vurğulayıb. A.Siluanov bildirib ki, neft bazarında hazırda şiddətli balanslaşdırma prosesi gedir və heç kim hasilatı azaltmaq istəmir: "Böyük ehtimalla, neft qiymətlərinin azalmasının davam edəcəyini görəcəyik".
A.Siluanov əhalinin neftin 40-50 dollar/barel diapazonuna uyğunlaşdığını, bundan sonra isə 20-30 dollar/barel reallığına adaptasiyasının vacibliyini qeyd edib. O, Rusiya büdcəsinin qiymətin 82 dollar/barel səviyyəsində tarazlaşdığını bildirib. Buna görə, büdcə siyasətinin daha bir çox maddə üzrə tənzimlənməsi zəruridir.
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev isə bu gün neftin qiymətinin 15-20 dollar/barel səviyyəsinə enməsinin deyil, o diapazonda uzun müddət qalmasının ölkə iqtisadiyyatı üçün təhlükəli olduğunu bildirib. Nazir ən böyük risk kimi neft qiymətlərinin illərlə, hətta 10 illərlə aşağı səviyyədə qala biləcəyini qeyd edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/rusiya-hokumeti-neftin-15-20-dollara-kimi-ucuzlasacagini-proqnozlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR