Deputat: İdxaldan asılılığın azaldılmasında hər kəs maraqlı olmalıdır

Deputat: İdxaldan asılılığın azaldılmasında hər kəs maraqlı olmalıdır
17:48 16 Yanvar 2016
29 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın idxaldan asılılığını azaltmaq istiqamətində işlər sürətləndirilməli və hər kəs bu işdə maraqlı olmalıdır. Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, idxaldan asılılığın azaldılması bu gün Azərbaycan üçün bir zərurətdir: “İş adamları mövcud imkanlardan istifadə edib bu işlərə öz töhfələrini verməlidirlər”.

Deputat hesab edir ki, idxaldan asılılığı azaltmaq üçün kənd təsərrüfatının inkişafına xüsusi önəm verilməlidir: “Azərbaycanda kənd təsərrüfatı daim inkişaf edib və ölkə iqtisadiyyatında mühüm yer tutub. Azərbaycanın iqlim şəraiti baxımından kənd təsərrüfatı uğurlu bir sahədir və ölkəyə böyük faydalar gətirə bilər. Hətta kənd təsərrüfatı neftdən sonra Azərbaycana ən çöx gəlir gətirən bir sahə ola bilər”.

R.Rzayev kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinin inkişafında qanunvericilik bazasına müəyyən düzəlişlərin edilməsinin vacib olduğunu da bildirib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR