Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 Yanvar

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 Yanvar
19:49 16 Yanvar 2016
46 Sosial
Ölkə mətbuatı
A- A+

YORUM

İranın üzərindən sanksiyaların götürülməsi dünyanın və regionun həm də geosiyasi mənzərəsinin dəyişməsi deməkdir. Bu addım İranın nüvə proqramının icrası üçün meydan açır. Və beləliklə, bölgədə Pakistan və İsraildən sonra İran nüvə silahına malik olan üçüncü dövlətə çevriləcək. Türkiyədə nüvə reaktorunun tikintisini də bura əlavə etsək, bu rəqəm artıq dörd ola bilər.

 

Ortaya çıxan sual isə budur - bu faktlar Yaxın Şərqdə güclərin balanslaşmasına, yoxsa əksinə, münasibətlərin daha da gərginləşməsinə və daha ciddi təhlükələrə gətirəcək? Bölgədə yaşanan indiki qarşıdurmaların fonunda sualın ikinci hissəsi tərəzinin gözündə daha ağır gəlir...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228991

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR