Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Ağsaqqallar Şurasının 2015-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Şuranın 2015-ci ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb. O, ağsaqqalların, yaşlı və ahıl insanların ölkənin ictimai, mədəni həyatında, eləcə də dövlət idarəetmə sistemindəki fəal rolundan söz açıb.
F.Heydərov dünyada hökm sürən iqtisadi böhran şəraitində ölkəmizdə əldə olunan uğurlardan, sosial, iqtisadi, mədəni, ictimai həyatın bütün sahələrində qazanılan nailiyyətlərdən bəhs edib. Ölkəmizdə həyata keçirilən dinamik inkişaf prosesinə ağsaqqalların da böyük töhfələr verdiyini vurğulayıb.
Şuranın sədr müavini Bayram Yusifov qurumun ötən il gördüyü işlər barədə hesabatla çıxış edib.
Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev iştirak edir.
