Tallin, 18 yanvar, AZƏRTAC
Estoniya dövlət radiosunda (R4) yayımlanan “Ocaq” verilişi yanvarın 20-də xüsusi buraxılışla efirə gedəcək. Verilişin aparıcıları Sənəm Əliyeva və Anara Axundova dinləyicilərə Azərbaycan xalqının yanvarın 20-də yaşadığı bir gecənin faciəsindən söhbət açacaqlar.
Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvü Elmira Abbasova Qanlı Yanvarla bağlı xatirələrini dinləyicilərlə bölüşəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin