Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, SHXÇDX-nin rəis müavini general-mayor Zaur Abdullayev və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev iştirak edib.
Tədbirdə məlumat verilib ki, "Əsgərə məktublar" yazı müsabiqəsi 7 dekabr 2015-ci ildən 18 yanvar 2016-cı il tarxilərində keçirilib. Müsabiqədə 50 jurnalist iştirak edib, onlardan 10 nəfər həvəsləndirici, 3 nəfər isə 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüb. Qaliblərə diplom və mükafatlar təqdim edilib. Mukafat alanlar arasında "Report" İnformasiya Agentliyinin əməkdaşı Ülviyyə Şamilqızı da var.
Tədbir ASAN xidmət könüllülərinin "Vətənin müdafiəsinə hazıram" mövzusunda mənəvi-psixoloji təlimi ilə davam etdirilib.