Eviniz təmiz, uşağınız sağlam olsun!

Eviniz təmiz, uşağınız sağlam olsun!
17:17 1 Yanvar 2015
169 Sosial
Ölkə mətbuatı
A- A+

Evdəki gözlə görünməyən canlılar, yəni ölçüsü 0,3 mm-ə qədər olan böcəklər allergiyaya səbəb olur.
 
Onlar dəridən tökülən ölü hüceyrələrlə qidalanırlar, yataqda, xalıda, pərdələrdə, yastıqda olur, nəm və isti şəraitdə artıb çoxalırlar. Belə böcəkləri tamamilə məhv etmək mümkün olmasa da, onlardan qorunmaq üçün bəzi tədbirlər görmək lazımdır. Yataq dəstləri, yastıq üzləri, pərdələr həftədə ən azı bir dəfə də olsa yuyulmalıdır. Qəribə görünsə də mütəxəssislər bu böcəklərin daha çox cəmləndiyi yastıqları təmizləmək üçün onları ən azı bır gecə soyuducuda saxlamağı məsləhət görürlər. Xalılar tozsoranla möhkəm təmizlənməlidir. Təmizlik aparılan otağa allergiyası olanların 20 dəqiqə girməməsi məsləhətdir. Böcəklər havanın nəmliyi 45 faiz olanda ölür. Böcəklərə əlverişli şərait yaratmamaqdan ötrü evdə paltar qurutmaq məsləhət görülmür.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/316740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR