Müsavatda qəliz durum: istəyirlər, amma qorxurlar...

Müsavatda qəliz durum: istəyirlər, amma qorxurlar...
10:22 20 Fevral 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Müsavat Partiyasının qurultayından narazı qalan üzvlər partiya daxilində fraksiya yaratmaqla özlərini təhlükəyə atmaqdan ehtiyatlanırlar
Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı Trend-ə bildirib ki, Müsavat Partiyasında hazırkı vəziyyəti nəzərə alaraq fraksiya məsələsində diqqətli olmağa çalışırlar:

“Qubad İbadoğlunun partiyadan çıxarılmasından sonra ara qarışıb, bildiyiniz kimi, mən də Qubad bəyin partiyaya bərpası ilə bağlı şikayət vermişəm. İstəyirik ki, bu məsələyə aydınlıq gəlsin. Tələm-tələsik addımlar atıb həm uğursuz iş görmək istəmirik, həm də tərəfdarlarımızın cəzalandırılması üçün bəhanə vermək istəmirik”.

Onun sözlərinə görə, fraksiya məsələsi elə şeydir ki, sabah da elan etmək olar: “Amma bunun ardı gəlməyəcəksə və yaxud bu addım mən də daxil olmaqla tərəfdarlarımızı partiya daxilində təhlükəyə atacaqsa, yəni illərini partiyaya qoymuş adamları təhlükəyə atacaqsa, bir az düşünmək lazımdır. Ən azı, düşünmək lazımdır ki, qurultayda 200 səs yığmış adamı, yəni qurultay nümayəndələrinin yarısının səsini qazanmış adamı bir anda partiyadan çıxartdılar və heç bir narahatlıq keçirmədilər. Odur ki, məsələlər xeyli qəlizləşib. Düzdür, fraksiya yaratmaq nizamnaməyə zidd deyil, heç kim burada nizamnaməyə zidd addım tapa və bunu bizə sübut edə bilməz. Amma nəzərə alsaq ki, Mərkəzi nəzarət-təftiş komissiyası da bunlardadır, Məclisin səs çoxluğu da bunlardadır, Divan da bunlardadır, məcbur olursan ki, yüz ölçüb-bir biçəsən”.

Qeyd edək ki, ötən il sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Digər qrup narazı üzvlər isə Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaradıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/325611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR