Rabitə və yüksək texnologiyalar naziri Ağsuda vətəndaşları qəbul edib

Rabitə və yüksək texnologiyalar naziri Ağsuda vətəndaşları qəbul edib
16:48 20 Fevral 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağsu, 20 fevral, Adil Ağayev, AzərTAc
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov fevralın 20-də Ağsu şəhərində vətəndaşları qəbul edib.
AzərTAc xəbər verir ki, nazirliyin müvafiq struktur rəhbərlərinin də cəlb olunduğu qəbulda Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Müraciətlərin operativ araşdırılması və həlli məqsədilə qəbulun keçirildiyi Ağsu Telekommunikasiya Qovşağında digər rayonların poçt və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videobağlantı yaradılıb.
Qəbul zaman vətəndaşların əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayım xidmətlərinin keyfiyyəti, bu sahədə onları maraqlandıran məsələlərlə bağlı müraciətləri dinlənilib.
Müraciətlərdə qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bir sıra müraciətlər isə qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı üzrə çatdırılması üçün qeydiyyata alınıb.
Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə müsahibə verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rabite_ve_yuksek_texnologiyalar_naziri_Agsuda_vetendaslari_qebul_edib-833681

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR