Donetskdə azərbaycanlı iş adamı öldürülüb

Donetskdə azərbaycanlı iş adamı öldürülüb
18:27 20 Fevral 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 18:16 ]

Bakı. Mübariz Aslanov - APA. Ukraynanın Donetsk şəhərində azərbaycanlı iş adamı avtomobilində partladılaraq öldürülüb.

Donetsk vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, Krasnoarmeysk şəhəri Azərbaycanlılar Cəmiyyətinin sədri Şahin Bəylərov APA-ya bildirib ki, əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan olan, Ukrayna vətəndaşı, 57 yaşlı C. Məmmədovun avtomobili ötən həftənin şənbə günü Donetskdə qumbaraatanla atəşə tutularaq partladılıb.

 

C. Məmmədov avtomobilin partlaması nəticəsində yanaraq ölüb.

 

30 ildən çox Ukraynada yaşamış C. Məmmədov Donetsk vilayətində sərnişindaşıma və xaricdən avtomobillərin idxalı biznesi ilə məşğul olub. O, bir müddət əvvəl Donetskdə azərbaycanlıları təmsil edən cəmiyyət də yaradaraq ona rəhbərlik edib.

 

Onun meyiti Azərbaycana göndərilərək doğulduğu rayonda dəfn olunub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR