Bakıda su kəməri partladı, 8 nəfər mənzilində köməksiz qaldı

Bakıda su kəməri partladı, 8 nəfər mənzilində köməksiz qaldı
18:14 2 Yanvar 2015
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda su kəmərinin partlaması nəticəsində vətəndaşlar köməksiz vəziyyətdə qalıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nazirliyin “112” qaynar telefon xəttinə Xətai rayonunda su kəmərinin deşilməsi nəticəsində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolması və insanların evlərdə köməksiz vəziyyətdə qalmaları barədə məlumat daxil olub. FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 8 nəfərə müvafiq köməklik göstərilib.

 

Əməliyyat saat 15:50-də başa çatıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR