FHN 7 nəfəri xilas etdi

FHN 7 nəfəri xilas etdi
05:01 22 Fevral 2015
76 Sosial
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında müşahidə olunan qar yağıntısı paytaxt yollarında çətinlik yaradıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Güzdək qəsəbəsində 2 avtomobil əsas yoldan kənara çıxıb.

Nəticədə 7 nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər vətəndaşları avtomobildən çıxardaraq xilas olunmalarını təmin ediblər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=327519

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR