Bakıda ailə faciəsi: ev yandı, 3 nəfər öldü

Bakıda ailə faciəsi: ev yandı, 3 nəfər öldü
06:41 22 Fevral 2015
250 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bir ailənin üç üzvünün ölümü ilə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, paytaxtın Binəqədi rayonunda vətəndaşlara məxsus taxta konstruksiyalardan ibarət ümumi sahəsi 170 kv.m olan 6 evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1979-cu il təvəllüdlü Cəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlü Cəlilov Amil Şaiq oğlu və 2010-cu il təvəllüdlü Cəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327531

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR