Hava şəraiti nə vaxt mülayimləşəcək? - PROQNOZ

Hava şəraiti nə vaxt mülayimləşəcək? - PROQNOZ
13:04 22 Fevral 2015
93 Sosial
Ölkə mətbuatı
A- A+

Fevralın 23-dən başlayaraq Azərbaycan ərazisində, o cümlədən paytaxt Bakıda hava şəraiti mülayimləşəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, bu gün gündüz saatlarından Qərb bölgəsindən başlayaraq yağıntılar kəsəcək. Sabahdan ölkə üzrə temperaturlar yüksəlməyə başlayacaq.

Bu gecə Bakıda şaxtalı hava şəraiti ilə bağlı yollar buz bağlayacaq.

Qeyd edək ki, Azərbaycan sinoptikləri fevralın 20-dən Azərbaycanda qeyri-sabit, soyuq hava şəraitinin hökm sürəcəyi barədə xəbərdarlıq etmişdi. Hazırda Bakıda qarlı, çovğunlu hava şəraiti hökm sürür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194216

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR