Azərbaycana maşın idxalı azalıb

Azərbaycana maşın idxalı azalıb
17:21 22 Fevral 2015
64 Ölkə
Ölkə mətbuatı
A- A+

2015-ci ilin yanvarında Azərbaycana 4 090 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. 2014-cü ilin analoji dövründə bu rəqəm 6 477 ədəd olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

İdxal edilən maşınların 3 870 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin yanvarında bu göstərici 5 925 ədəd təşkil edib.

Bundan başqa, yanvarda ölkəyə 146 yük avtomobili idxal edilib. Bu rəqəm 2013-cü ilin yanvarında 512 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR