Bakı, 23 fevral, AzərTAc
Lerik rayonunda fəaliyyət göstərən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə fevralın 23-dən etibarən Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, Fond cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir, plastik qapı-pəncərə, corab istehsalı, cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi layihələr təqdim edir. Sahibkarların istəyinə əsasən bu layihələr bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Maraqlananlar Sahibkarlığa Kömək Milli Fondu ilə əlaqə saxlaya bilərlər. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, telefonlar: (012) 434-74-29, Faks: (012) 432-37-17, elektron poçt ünvanı: info@anfes.gov.az.