“Salyan, Lənkərən, Cəlilabad və Masallıda elektrik təchizatı ilə bağlı ciddi problemlər yaranıb. Hazırda yenilənmə işləri görülür. Ancaq bu işlər ləng aparılır. Güman edirəm ki, “Azərişıq”-ın yeni sədri bu məsələləri nəzərə alacaq və qısa zamanda yaranmış problemləri həll edəcək”.
Deputat onu da deyib ki, qarlı havalar göstərdi ki, rayonların kommunal təssərüfatı yüksək səviyyədə deyil.
“Kəndlərarası, rayonlararası yollarda qar təmizləyən texnikalar yoxdur. Bu səbəbdən bir çox yol nəqliyyat hadisələri baş verir. Bahalı polis maşınları almaqdansa, bu cür texnikalar almaq daha məqsədəuyğundur”,-deyə Elmira Axundova qeyd edib.
Mənbə
ANS PRESS