Yevlax rayonunda Xocalı faciəsinin 23-cü ildönümü qeyd olunub. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanına gələrək ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsini yad ediblər. Sonra soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi önündə ümumrayon anım mərasimi keçirilib. Tədbir Bəşir Səfəroğlu adına Xalq Teatrında davam etdirilib. Çıxış edənlər həmin gecə xalqımızın başına gətirilən faciənin səbəbkarlarının hələ də cəzalandırılmamasından təəssüfləndiklərini bildiriblər. Sonda məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub.

Milli.Az