Bakı. 27 avqust. REPORT.AZ/ Prokurorluq orqanlarında işə qəbul olunmaq üçün keçirilən müsabiqədə 125 nəfər növbəti mərhələyə keçib.
Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, Azərbaycan Prokurorluğu orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yolu olmaqla bərabər, eyni zamanda xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyularaq Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə tam uyğun şəkildə aparılır.
2002-ci ildən başlayaraq prokurorluğa işə qəbulun bu yolla həyata keçirilməsi kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Dövlət başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olub.
“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən, prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilən müsabiqənin ikinсi - yazılı imtahan mərhələsinə yekun vurulub.
Yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.prosecutor.gov.az) və Qəbul otağında yerləşdirilib.
Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanan 125 namizəd 29 avqust 2016-cı il tarixdən etibarən Baş Prokurorluğun Kadrlar idarəsinin müəyyən etdiyi cədvələ uyğun olaraq Qaydaların 7.5-сi bəndin əəsasən Ədliyyə Nazirliyinin Tibb baş idarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti - müsahibə mərhələsinə dəvət ediləcəklər.
Müsahibə Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcək (ünvan: Bakışəhəri, N.Rəfibəyliküçəsi, 7).
Namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Əlavə məlumat almaq üçün 492-06-82, 492-63-62 və 437-28-56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
1. Abbasova Nazlı Azər qızı 2. Abdullayev Coşqun Şamil oğlu 3. Abuzərli Eldar Munis oğlu 4. Ağabəyov Nicat Rauf oğlu 5. Ağalarov Elşad Əli oğlu 6. Ağayev Elşad Tahir oğlu 7. Ağazadə Ramiz Rasim oğlu 8. Alıyev Camal Veysil oğlu 9. Allahverdiyev Allahşükür İslam oğlu 10. Babayev Ramiq Tahir oğlu 11. Babazadə Ruslan Allahverdi oğlu 12. Bağırova Pərvin Əhliman qızı 13. Bağırzadə Nəriman İbrahim oğlu 14. Bayramov Orxan Əli oğlu 15. Bayramov Ülvi İsaxan oğlu 16. Bayramova Pərvanə Vidadi qızı 17. Bəşirli Elvin Elçin oğlu 18. Bəylərov Vüsal Pərviz oğlu 19. Cabbarlı Bəhruz Qənbər oğlu 20. Cabbarlı Elşən Firidun oğlu 21. Cəbrayılov Elgün Gündüz oğlu 22. Cəfərzadə Zamin Qiyas oğlu 23. Eminov Rizvan Tofiq oğlu 24. Eyvazov Nicat Lütfəli oğlu 25. Əfəndiyeva Ədilə Səttar qızı 26. Əhmədov Vasif Maarif oğlu 27. Əliyev Elturan Həsən oğlu 28. Əliyev Mirkamal Bədəl oğlu 29. Əliyev Nural Turab oğlu 30. Əlizadə Elmir Nabil oğlu 31. Əmirxanov Cəlal Arif oğlu 32. Əmirli Nihad Telman oğlu 33. Əmirov Fərid İlqar oğlu 34. Əsədov Anar Varis oğlu 35. Əsədov Faiq Elxan oğlu 36. Əzizli Əbdülsəməd Rəhbər oğlu 37. Familzadə Selcan Natiq qızı 38. Fərəcov Şirxan Şirməmməd oğlu 39. Gülməmmədli Rəşad Nüsrət oğlu 40. Hacıyev Asiman Sani oğlu 41. Hacıyev Saleh Ruslan oğlu 42. Həmidli Fərman Fəzail oğlu 43. Həsənov Elvin İsmixan oğlu 44. Həsənov Əsgər Novruz oğlu 45. Həsənov Süleyman Ziyafət oğlu 46. Hüseyinov Rüstəm Etibar oğlu 47. Hüseynquliyeva Mədinə İbrahim qızı 48. Hüseynli Rəhim Məhərrəm oğlu 49. Hüseynli Tural Mirbahəddin oğlu 50. Hüseynov Kənan Qurban oğlu 51. Hüseynov Nahid Nəsir oğlu 52. Hüseynsoy Elçin Ramiz oğlu 53. Xəlilov Fərid Aqil oğlu 54. İbrahimli Rahim Adif oğlu 55. İsgəndərli Aqil Səhman oğlu 56. İsgəndərli Anar Niyazi oğlu 57. İsgəndərli Rauf Eldar oğlu 58. İskəndərov İsbəndiyar Abdulla oğlu 59. K.Səfərli Elşən Eldar oğlu 60. Qasımov Mehdi Ədalət oğlu 61. Qayıbov Ayaz Mehman oğlu 62. Qələndərzadə Ramiq Ramis oğlu 63. Qocaman Ələsgər Rəşad oğlu 64. Quliyev Emin Əliağa oğlu 65. Qurbanlı Cabir Sabir oğlu 66. Qurbanov Cahangir Çingiz oğlu 67. Mahmudov Araz Arif oğlu 68. Mahmudov Hikmət Fərhad oğlu 69. Maqsudov Tural Musa oğlu 70. Məhərrəmov Emil Adilşah oğlu 71. Məmmədli İsmayıl Xələf oğlu 72. Məmmədli Sahil Rəfail oğlu 73. Məmmədov Abdulla Elşad oğlu 74. Məmmədov Asif Məhərləm oğlu 75. Məmmədov Azər Fərmail oğlu 76. Məmmədov Məhərrəm Qəşəm oğlu 77. Məmmədov Natiq Bayram oğlu 78. Məmmədov Səbuhi Dilqam oğlu 79. Məmmədov Şahin Asif oğlu 80. Məmmədov Yaqub Mehman oğlu 81. Mikayılov Elman Telman oğlu 82. Mirişova Səidə Zahir qızı 83. Mirzəyev Məhəmmədşah Rövşən oğlu 84. Muradov Sərxan Səttar oğlu 85. Musayev İlkin İlham oğlu 86. Musayev İsmayıl İlham oğlu 87. Musayev Pərviz Ramiz oğlu 88. Musayev Tural Səmid oğlu 89. Mustafayev Hüseyn Hidayət oğlu 90. Mürsəlov Oruc Qinyaz oğlu 91. Müslümov Bəhruz Firizman oğlu 92. Nağıyev Bəhmən Mehman oğlu 93. Nağıyev Nicat Məhəbbət oğlu 94. Nəcəfov Coşqun İxtiyar oğlu 95. Nərimanlı Nəriman Nazim oğlu 96. Nəsimiyev İsmət Aydın oğlu 97. Nəzərov Kənan İsabala oğlu 98. Nəzərov Ramil Qardaşxan oğlu 99. Novruzov Elxan Mirzəli oğlu 100. Nuriyev Tural Ənvər oğlu 101. Ocaqverdiyev Pərvin Maqsud oğlu 102. Paşayev Zamir Zal oğlu 103. Piriyev Fuad Fəzahim oğlu 104. Rahmanov Nurlan Nəhmət oğlu 105. Sadıqov Tamerlan Adil oğlu 106. Sadıqova Fidan Vaqif qızı 107. Sadıqzadə Şahmurad Vidadi oğlu 108. Səmədzadə Ləman Nemət qızı 109. Süleymanlı Elvin Şahbaz oğlu 110. Süleymanlı Kənan Tahir oğlu 111. Süleymanova Günay Tofiq qızı 112. Şahniyarlı Asəf Arif oğlu 113. Şərifov Rufan Anar oğlu 114. Tağıyev Araz Xəqani oğlu 115. Tağıyev İsa Elman oğlu 116. Teymur-zadə Elvin Rasif oğlu 117. Verdiyev Zöhrab Ədalət oğlu 118. Vəliyev Fuad Namizəd oğlu 119. Vəliyev Orxan İlham oğlu 120. Vəliyev Təqan Eldar oğlu 121. Vəlizadə Ramin Ramiz oğlu 122. Yaqubov Tural Eldar oğlu 123. Zakirzadə Babək Yamən oğlu 124. Zeynalov Rüstəm Nazim oğlu 125. Zülfüqarov Teymur Şavan oğlu