İnsan bədəninə cin girirmi?

İnsan bədəninə cin girirmi?
21:57 1 Oktyabr 2016
153 Ölkə
Ölkə mətbuatı
A- A+

İinsanın bədəninə cin girə bilər. Bunun Quran və sünnədən dəlilləri aşağıdakılardır:
Uca Allah buyurur: "Sələm yeyənlər (qəbirlərindən) şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar...".  (əl Bəqərə, 275)
Milli.Az zikr.az-a istinadən bildirir ki, hədisdə isə belə rəvayət olunur: "Rəsullullahla (sallallahu aleyhi və səlləm) birlikdə səfərdə idik. Yolda yanında uşaqla oturmuş bir qadına rast gəldik. Qadın Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) dedi: "Bu uşağıma bəla toxunub, gündə bir neçə dəfə olur". Peyğəmbərimiz "Onu mənə ver", buyurdu. Mən də onu Rəsulallaha (sallallahu aleyhi və səlləm) verdim. Uşağın ağzını açdı və onun ağzına üç dəfə üfürdü və sərt şəkildə "Mən Allahın rəsuluyam, sus ey Allahın düşməni!" dedi. Sonra uşağı anasına verdi və biz səfərə davam etdik. Geri dönəndə qadın yanında 3 qoyunla yolda durmuşdu. Peyğəmbər uşağın vəziyyətini soruşdu. Qadın dedi: "Səni haqq ilə göndərən Allaha and olsun ki, uşağın heç bir xəstəliyi qalmadı. İndi bu qoyunları otarır". Qoyunların birini Rəsulullaha hədiyyə verdi və o da hədiyyəni qəbul etdi. (İmam Əhməd, "Müsnəd").
Digər bir hədisdə isə belə deyilir: "Rəsulullahla birlikdə oturmuşduq, bir nəfər gəldi və "Ya Rəsulullah, mənim qardaşım narahatdır" dedi. Peyğəmbər "narahatlığı nədəndir?" buyurdu. O da, "Cinlənib" deyə cavab verdi. Peyğəmbərimiz "onu mənim yanıma gətir" dedi. Gedib gətirdi və peyğəmbərin əlləri arasına oturtdu. Sonra peyğəmbərin bu duaları oxuduğunu eşitdim: Fatihə surəsi, Bəqərə surəsinin ilk 4 ayəsi, Bəqərə surəsinin 163-164-cü ayələri, Ayət-ül Kürsi, Bəqərə surəsinin son 3 ayəsi, Ali İmran surəsinin 18-ci ayəsi, Əraf surəsinin 54-cü ayəsi, Saffat surəsinin ilk 10 ayəsi, Həşr surəsinin son 3 ayəsi, Cin surəsinin ilk 3 ayəsi, İxlas, Fələq və Nas surələri. Həmin adam, bir şey qalmadı, yaxşılaşdı" dedi. (İbn Macə, 3549).
Hədisdən göründüyü kimi həmin adama Quran oxunmalıdır. Buna ruqya deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/474865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR