Gəncə Avropa Gənclər Festivalının qonaqlarını hərarətlə salamladı - FOTO

Gəncə Avropa Gənclər Festivalının qonaqlarını hərarətlə salamladı - FOTO
23:27 1 Oktyabr 2016
201 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 1-də Gəncədə Avropa Gənclər Festivalı çərçivəsində xarici və yerli qonaqlar mədəni tədbirlərdə iştirak ediblər.

Əvvəlcə iştirakçılar "Gəncə Avropa Gənclər Paytaxtı - 2016" İctimai Birliyinin ofisində yaradılan şəraitlə tanış olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İctimai Birliyin sədri Elmir Vəliyev qonaqlara ofisin fəaliyyət istiqaməti haqqında ətraflı məlumat verib, bu vaxta qədər icra olunan yerli və beynəlxalq tədbirlərdən, həmçinin gələcəkdə icrası nəzərdə tutulan layihələrdən danışıb.

Sonra qonaqlar "Gəncəçay" park-bulvar kompleksində təşkil olunan sərgiyə baxış keçiriblər. Sərgidə 30-dan çox ölkədən gələn qonaqlara bulvar boyunca qurulan pavilyonlarda Azərbaycan milli mətbəxinin nümunələri, qəlyanaltılar, şərbət və şirniyyat növləri təqdim olunub.

Dekorativ tətbiqi sənətkarlığın müxtəlif sahələrində işlənilən nəfis sənət nümunələri xarici qonaqlarda Azərbaycanın qədim el sənəti haqqında dərin təəssürat yaradıb.

Məşhur cizgi filmlərinin qəhrəmanlarının, müxtəlif mahnı və rəqs qruplarının, muğam və vokal ifaçıların ifa etdikləri musiqilər də alqışlarla qarşılanıb.

Sonra Gəncənin idman məktəblərinin gənc və yeniyetmə idmançıları, pəhləvanlar qonaqlar qarşısında güləş, aykido, karate, ağırlıqqaldırma, boks və digər idman növlərində məharətlərini göstərib, maraqlı nömrələrlə çıxış ediblər.

Daha sonra "Gəncə Avropa Gənclər Paytaxtı-2016" parkında gənclər tərəfindən fləşmob keçirilib. Gənclərin Azərbaycan milli musiqi alətləri ilə Avropa musiqi alətlərinin sintezi formasında təqdim etdikləri fləşmob iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda qonaqlar tərəfindən "Gəncə Avropa Gənclər Paytaxtı-2016" parkında "Gəncliyin qanadları" abidəsinin ətrafında xatirə olaraq çinar ağacları əkilib.

Avropa Gənclər Festivalı Heydər Əliyev park-kompleksində keçirilən idman yarışları, əyləncəli proqram və konsertlə davam edib.

Milli.Az




























Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/475226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR