Zümrüddən cəsarətli paylaşım: "Hər səhər tüksüz başına baxıb ağlayırsan" - FOTO

Zümrüddən cəsarətli paylaşım: "Hər səhər tüksüz başına baxıb ağlayırsan" - FOTO
14:52 2 Oktyabr 2016
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zümrüd Qasımova sosial şəbəkədə keçəl şəklini paylaşıb. 

Axşam.az-ın məlumatına görə, o, bununla xərçəng xəstəsi olan xanımlara dəstək olub. 

Aparıcı bildirib ki, baş keçəl qırxılsa da, sonradan uzanır:

"Bu şəkil xərçəng xəstəliyindən əziyyət çəkən bütün xanımlaradır. Gündə yüzlərlə qadın mənə suallarla müraciət edir ki, saçlar qayıdır? Hər şey əvvəlki kimi olur? Bəli, əzizlərim, saç da qayıdır, hər şey əvvəlkindən də gözəl olur. 

Qorxmayın, vaxtında həkimə gedəndə, erkən aşkar olunanda sağalırsan və sevdiklərinin yanında olursan. Mübariz olun, həyatı və özünüzü sevin, özünüzə inanın. Sizin hər birinizi anlayıram. Kimyaterapiyanı edəndən sonra qaytarırsan, əsəbləşirsən, qışqırırsan, ağlayırsan. Radioterapiya edəndən sonra dərinin yanmasından əziyyət çəkirsən, özünə baxa bilmirsən. Hər səhər tüksüz başına baxıb ağlayırsan. Amma gözəl və güclü qadınsansa, sonda sağalırsan.    

Həyat gözəldir, yaşamağa dəyər. Hər şey keçir. Özünüzü sevin, bu da bir sınaqdır. Ən ağır gününüzdə də qırmızı pomada vurmağı unutmayın. Yaşadıqlarıma baxmayaraq, mən çox xoşbəxtəm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR