Kolumbiyalı futbolçu avtomobil qəzasında dünyasını dəyişib

Kolumbiyalı futbolçu avtomobil qəzasında dünyasını dəyişib
12:47 3 Oktyabr 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Kolumbiyalı futbolçu Yesid Aponsa avtomobil qəzasında dünyasını dəyişib. 
"Report"un məlumatına görə, faciəvi hadisə Quaçene şəhərində baş verib. 24 yaşlı oyunçunun avtomobili yoldan kənara uçub.
İnsidentlə bağlı araşdırmalara başlanılıb. Futbolçunun çıxış etdiyi "La Ekidad" klubu mərhumun ailəsinə başsağlığı verib.
Qeyd edək ki, Yesid Aponsa karyerası ərzində Kolumbiyanın "İndependyente", "Amerika" və "Boyaka Çiko" klublarında da çıxış edib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/kolumbiyali-futbolcu-avtomobil-qezasinda-dunyasini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR