"Qalatasaray" azarkeşlərini sevindirən xəbər gəlib. Komandanın ulduz futbolçusu Viktor Osimennin zədəsi sağalıb.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, nigeriyalı hücumçu bu həftənin şənbə günü keçiriləcək "Trabzonspor" derbisində forma geyinə biləcək.
Osimenin zədədən sonra komanda ilə məşqlərə qayıtması "Qalatasaray"da böyük sevinc yaradıb. Təcrübəli hücumçunun derbidə meydana çıxması komandanın hücum xəttini də gücləndirəcək.
"Qalatasaray" azarkeşləri Osimendən "Trabzonspor"la vacib qarşılaşmada məhsuldar oyun gözləyirlər.