“Fənərbaxça”da mövsümün fasiləsi öncəsi heyətlə bağlı mühüm qərarlar verilib.
Metbuat.az xəbər verir ki, Türkiyə təmsilçisinin rəhbərliyi yeni transferlərdən əvvəl bəzi futbolçularla yolları ayırmağı planlaşdırır. “Haber Global”ın məlumatına görə, komandadan göndərilməsi nəzərdə tutulan ilk üç oyunçunun adları artıq müəyyənləşib. Onlardan biri Jayden Oostervoldedir və müdafiəçinin “Roma”ya mümkün transferi yenidən gündəmə gəlib. Digər ayrılacaq futbolçu Nelson Semedodur. 32 yaşlı portuqaliyalı müdafiəçi mövsümün əvvəlindən gözləntiləri doğrultmayıb və əsas heyətdə yerini Mert Müldürə itirib. Heyətlə vidalaşması gözlənilən üçüncü oyunçu isə Ognjen Mimoviçdir.
Məlumata görə, “Fənərbaxça” bu mövsüm komandanın heç bir rəsmi oyununda meydana çıxmayan 22 yaşlı serbiyalı müdafiəçi ilə yolları ayıraraq U23 kontingentində daha səmərəli seçim etmək niyyətindədir.