“Bolonya” rəhbərliyi baş məşqçi Domeniko Tedeskonu klubdan göndərə bilər.
Metbuat.az xəbər verir ki, İtaliya təmsilçisinin A Seriyasında keçirdiyi oyunlarda istənilən nəticələri əldə edə bilməməsi klub rəhbərliyini 41 yaşlı çalışdırıcının gələcəyini nəzərdən keçirməyə vadar edib. İnsayder Matteo Morettonun məlumatına görə, Tedesko ilə yolların ayrılması variantı müzakirə olunur.
Qeyd edək ki, “Bolonya” cari mövsümdə keçirdiyi 4 qarşılaşmada qələbə qazana bilməyib. Komanda 3 məğlubiyyət və 1 heç-heçə ilə 1 xal toplayıb və turnir cədvəlində 16-cı sırada qərarlaşıb. Tedesko “Sassuolo” ilə III turda keçirilən və 2:2 hesabı ilə başa çatan oyunda hakimə qarşı qeyri-etik davranışına görə meydandan qovulub. Baş məşqçinin bu hadisəyə görə 2 matçlıq cəzalandırılması və 5 min avro məbləğində cərimələnməsi gözlənilir.