ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində helikopterin qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb, bir nəfər yaralanıb.

Metbuat.az “CBS News”a istinadən xəbər verir ki, helikopterin yerli media qurumlarından birinə məxsus olduğu ehtimal edilir.

Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə sentyabrın 15-də Los-Anceles ətrafında baş vermiş böyük yol qəzasının yaxınlığında qeydə alınıb.