“Trabzonspor” klubunda baş məşqçi vəzifəsinə Tomas Raysın gətirilməsi ilə bağlı razılıq əldə olunub.

Metbuat.az xəbər verir ki, Türkiyə təmsilçisi Fatih Təkkenin istefasından sonra bir sıra mütəxəssisləri nəzərdən keçirib. “A Spor”un məlumatına görə, rəhbərlik daha əvvəl “Samsunspor”u çalışdırmış almaniyalı mütəxəssislə prinsipial razılığa gəlib.

Qeyd edək ki, Tomas Rays məşqçilik karyerasına “Bohum”da başlayıb. 51 yaşlı mütəxəssis daha sonra “Şalke”, “Samsunspor” və son olaraq “Ludoqorets”də çalışıb. Məlumata görə, Rays “Samsunspor”un baş məşqçisi kimi 72 matçda komandasına rəhbərlik edib.