İsmayıllıda peyda olan naməlum həşərat yırtıcı böcək imiş

İsmayıllıda peyda olan naməlum həşərat yırtıcı böcək imiş
10:32 6 Oktyabr 2016
119 Ölkə
Ölkə mətbuatı
A- A+

"Son günlərdə İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisində kütləvi müşahidə olunan həşərat karabid böcəklər fəsiləsinə aid kürəni Leystus (Leistus terminatus Hell.) böcək növüdür".

Milli.Az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin Karantin Ekpertiza Mərkəzinin direktor əvəzi Taleh Şəmiyev bildirib.

Onun sözlərinə görə, bu böcəklərin bədən uzunluğu 32-35 mm, bədənin döş və qarıncıq hissələri sarımtıl, baş hissəsi isə qara rənglidir: "Onlara otlu çalılıqlarda, mamır üzərində, kolluqlar və digər kölgəli və nəmli yerlərdə, daşların altında, qopmuş qabıq üzərində rast gəlinir. Əsasən alatoran vaxtları aktivlikləri yüksək olur. Ədəbiyyat məlumatlarına görə, bu böcəklər termal su sahələri ətrafında daha sıx toplaşırlar".

T.Şəmiyevin qeyd edib ki, növün biologiyası haqqında məlumatlar az olsa da, böcək zoofaq və stratobiont, yəni torpaq üzərində bitki qalıqlarının çürüntüləri altında qidalanma tərzinə malik yırtıcıdır: "Əsasən kiçik həşaratlarla (kolembola) qidalanırlar. Təbiətdə həşaratlar arasında az rast gəlinən, qışı aktiv keçirmək qabiliyətinə malikdirlər. Hazırda müşahidə olunan kütləvi çoxalmalarının səbəbini müəyyənləşdirmək üçün isə bu bölgədə ətraflı araşdırma aparılmalıdır".

Yusif Nəsirli

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR