Şəmkirdə 25 yaşlı gənci elektrik öldürdü

Şəmkirdə 25 yaşlı gənci elektrik öldürdü
20:12 7 Oktyabr 2016
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir rayon sakinini elektrik cərəyanı vurub.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün qeydə alınıb.
 
Rayonun Bayramlı kənd sakini, 25 yaşlı Rövşən Şamilov çayda suya elektrik buraxıb oradan balıq tutmaq istəyərkən cərəyan onu vurub.
 
R. Şamilov dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR