İsveçdə güclü partlayış

İsveçdə güclü partlayış
07:24 10 Oktyabr 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

İsveçin Malmö şəhərində  güclü partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident şəhərin mərkəzində, “Babel” gecə klubunun qarşısında qeydə alınıb.

 

İlkin məlumata görə, klubun qarşısında partlayıcı qurğu işə düşüb. Bomba binanın əsas giriş qapısının qarşısında partlayıb. Partlayış zamanı klubda heç kim olmayıb.

 

Qeyd edək ki, sentyabrın 18-ə keçən gecə Malmödə 15 avtomobil yandırılıb. Sentyabrın 25-də isə naməlum avtomobildən açılan atəş nəticəsində bir neçə nəfər yaralanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256044

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR