Avstriyalı jurnalist qanunsuz olaraq Qarabağa gedib

Avstriyalı jurnalist qanunsuz olaraq Qarabağa gedib
12:12 11 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Avstriyanın "Profil" jurnalının əməkdaşı Martin Staudinger rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, səfərinin yekunu olaraq yazdığı "Cəbhə xəttində: Qarabağ ətrafında savaş" məqaləsində müəllif birtərəfli mövqe tutaraq aprel döyüşlərini Ermənistanın mövqeyindən işıqlandırır.
 
Ştaudinger Talış kəndi və digər təmas xəttində yerləşən kəndlərdə olaraq yerli sakinlərdən də açıqlamalar alıb.
 
Avstriyalı jurnalistin Qarabağa qanunsuz səfəri və obyektivlikdən uzaq yazısı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiya verəcəyi gözlənilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR