Əsas kapitala 10268,7 milyon manatlıq vəsait

Əsas kapitala 10268,7 milyon manatlıq vəsait
17:38 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 10268,7 milyon manatlıq vəsaitin 71,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Publika.az xəbər verir ki, istifadə olunmuş vəsaitin 80,2 faizi məhsul istehsalı obyektlərinin, 15,5 faizi xidmət sahələri üzrə obyektlərin, 4,3 faizi isə ümumi sahəsi 1205,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,1 faizini təşkil edib. 2016-cı ilin yanvar-sentyabr aylarında Bakı şəhərində iri qabaritli transformatorlar və yeni Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları, Gəncə şəhərində “Nizami” elektrik yarımstansiyası, Sumqayıt şəhərində Şahmat məktəbi, Xaçmaz rayonunda Yalama Aqroparkı, Zaqatala rayonunda 1507 yerlik 16 məktəbəqədər təhsil müəssisəsi, Mingəçevir şəhərində, Qazax, Sabirabad və Zaqatala rayonlarında 560 yerlik 4 klub və s. obyektlər istifadəyə verilib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/172064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR