FED ilin sonu faizləri artıracaq

FED ilin sonu faizləri artıracaq
19:53 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-da pərakəndə satışlar 0.6% ilə gözləntini qarşılayıb. İqtisadçılar da pərakəndə satışların 0.6% artacağını proqnozlaşdırırdılar.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyindən məlumat verilib. Avtomobil və enerji xərcləri, xaric pərakəndə satışlar isə sentyabr ayında 3 faiz artım qeyd edib. Gözlənti göstəricinin 3% artacağı istiqamətində idi. ABŞ-da pərakəndə satışlar avqust ayında beş aydan bəri ilk dəfə geriləmişdi.

ABŞ-da istehsalçı qiymətləri indeksi də sentyabrda gözləntini aşıb. ABŞ-ın Əmək Nazirliyinin məlumatlarına görə, indeks aylıq 0.3% artıb, illik artım isə 0.7% olub.

Gözlənti aylıq 0.2%, illik 0.6% artım olacağı istiqamətində idi. Keçən ay 0.1% artan ərzaq və enerji qiymətləri xaric baza indeks 0.2% artıb.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/172211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR