Məzənnə dəyişikliyi dərman idxalı üçün ciddi problem olmayacaq - VİDEO

Məzənnə dəyişikliyi dərman idxalı üçün ciddi problem olmayacaq - VİDEO
21:32 15 Oktyabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda manatın məzənnəsinin dəyişməsi ilə bağlı dərman idxalçılarının Nazirlər Kabinetinə müraciəti müsbət həllini tapıb. Məzənnədə hətta ciddi dəyişiklik olsa belə, dərman idxalçıları üçün problem yaranmayacaq.

Bu sözləri baş nazirin müavini Əli Əhmədov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, baş nazirin müavini icbari tibbi sığortanın tətbiqi ilə bağlı sualları da cavablandırıb. Əli Əhmədov bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar yaxın vaxtlarda pilot layihələr həyata keçiriləcək. Yevlax rayonu və Mingəçevir şəhərində icra olunacaq pilot layihələrin nəticələri əsasında bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq.

Əli Əhmədov Putinin köməkçi Yuri Uşakovun Qarabağ bəyanatını da şərh edib. O qeyd edib ki, Yuri Uşakovun münaqişənin tənzimlənməsində ciddi irəliləyiş gözləmədikləri barədə bəyanatı yerinə düşmür. "Minsk Qrupunun həmsədrlərinin belə bəyanat səsləndirməsi həmsədrlərin  öhdəliklərini yerinə yetirmək iddiasında, gücündə olmadığı anlamına gəlir",- deyə Əli Əhmədov qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR