Xaçmazda baş verən müəmmalı qəzada yerli sakin yaralanıb

Xaçmazda baş verən müəmmalı qəzada yerli sakin yaralanıb
09:12 17 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Xaçmaz rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə zamanı Xaçmaz rayonu, Sabiroba kənd sakini, 1994-cü il təvəllüdlü, Şahzadə Sənan Nüsrət oğlu ağır xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan "Report"a verilən məlumata görə, S.Şahzadəyə qapalı kəllə beyin travması, baş beyinin əzilməsi travması diaqnozu qoyulub: "Xəstənin vəziyyəti ağır olduğundan Bakı şəhərindən həkim briqadası çağırılıb".
Qəzanın baş verməsi barədə hələlik məlumat yoxdur.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/xacmazda-bas-veren-muemmali-qezada-yerli-sakin-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR