Niderlandda Xocalı soyqırımına həsr olunmuş sərgi keçirilib

Niderlandda Xocalı soyqırımına həsr olunmuş sərgi keçirilib
15:49 5 Yanvar 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Xocalı soyqırımının dәhşәtlәrinә hәsr olunmuş vә Avropada ilk olaraq Brüsseldә nümayiş etdirilәn “Üç nәsil bir soyqırım” adlı sәrgi bu dәfә Niderland Krallığının Aalten şәhәrindә baş tutub. Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, fotosәrgidә 1992­ci ildә Xocalıda, elәcә dә Azәrbaycanın digәr işğal olunmuş әrazilәrindә çәkilmiş vә ermәnilәrin törәtdiyi soyqırımlar, vәhşiliklәr, işgәncәlәri әks etdirәn 125 foto nümayiş olunub.

 

Sәrginin tәşkilatçısı Azәrbaycan Türk Kültür Mәrkәzinin rәhbәri İlhan Aşkın tədbir keçirmək üçün Aalten şәhәrinin tәsadüfi seçilmәdiyini deyir. Belә ki, Aalten ikinci dünya müharibәsi zamanı alman faşistlәrinin tәcavüzünә daha çox mәruz qalan şәhәrlәrdәndir. Әhalisinin bir hissәsi faşistlәr tәrәfindәn vәhşiliklә qәtlә yetirilәn Aaltenin sakinlәri müharibәnin ağrısını hәlә dә ürәklәrindә daşıyır.

 

Sәrginin açılışında çıxış edәnlәr 23 il әvvәl bir gecәdә Xocalı şәhәrinin dinc әhalisinә qarşı törәdilmiş vәhşiliklәr, Ermәnistanın Azәrbaycan torpaqlarını işğal etmәsi, etnik tәmizlәmә siyasәti aparması barәdә mәlumat veriblәr.

 

Sәrgidә hәmçinin 1905, 1918­ci illәrdә ermәnilәrin azәrbaycanlılara qarşı törәtdiyi qırğınlar, hәlә çar Rusiyası zamanında rusların dәstәyi ilә qәdim İrәvan xanlığının ermәnilәşdirilmәsi barәdә açıqlamalar verilib, faktlar sәslәndirilib, videokadrlar nümayiş etdirilib.

 

Qeyd edәk ki, “Üç nәsil, bir soyqırım” sәrgisi daha әvvәl Brüssel vә Haaqada nümayiş etdirilib. Aaltendәn sonra Hollandiyanın digәr şәhәrlәrindә dә sәrginin tәşkili planlaşdırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR