Xızıda qanunsuz ov edənlərə qarşı reyd keçirilib, bir ov silahı müsadirə olunub

Xızıda qanunsuz ov edənlərə qarşı reyd keçirilib, bir ov silahı müsadirə olunub
11:02 19 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Xızı. 19 oktyabr. REPORT.AZ/ Xızı rayonunda qanunsuz ov edənlərə qarşı reyd keçirilib.
"Report"un Şimal bürosunun məlumatına görə, reyd rayonun Giləzi qəsəbəsində, Xanəgah kəndində, Xəzər dənizinin sahilində və digər ov ərazilərində baş tutub.
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctima Təhlükəsizlik İdarəsinin, Xızı Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının birgə keçirdiyi reyd zamanı Xəzər dənizi sahillərinin rayonun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində 15 ədəd "İJ-12" markalı ov tüfəngi atılmış vəziyyətdə tapılıb.
Rayonun Xanəgah kəndinin sakinindən qanunsuz ov etdiyinə görə 1 ədəd 16 çaplı, "İJ-58" markalı ov tüfəngi müsadirə edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM)  272.3 maddəsilə protokol tərtib edilib.
Qeyd edək ki, qanunsuz quş ovu ilə bağlı reydlər müntəzəm davam etdiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR