İranın HDQ nümayəndələri Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

İranın HDQ nümayəndələri Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
19:12 19 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakıya dostluq səfəri çərçivəsində İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" və "Cövşən" hərbi gəmilərinin şəxsi heyəti oktyabrın 19-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra İran nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Ziyarətdən sonra 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi, 1-ci dərəcəli kapitan Şahin Məmmədov ilə görüşüb.
Oktyabrın 21-dək davam edəcək səfər çərçivəsində gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://report.az/herbi/i-ran-hdq-nin-numayendeleri-fexri-ve-sehidler-xiyabanlarini-ziyaret-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR