Venesuela Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Venesuela Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
10:22 22 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasında rəsmi səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro oktyabrın 22-də Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
“Report”un xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/venesuela-prezidenti-heyder-eliyevin-mezarini-ziyaret-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR