x
Loading...
.

Şokolad yemək öskürəyi kəsir

Şokolad yemək öskürəyi kəsir
19:47 23 Oktyabr 2016
116 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Tədqiqatlar şokoladın damar elastikliyini artıraraq təzyiqi azaltdığını, infarkt riskininin qarşısını aldığını ortaya çıxardı. Bu, sərbəst radikallarla döyüşən bir antioksidant növü olan flavonoidlər sayəsində baş verir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Afina Universitetində aparılan bir araşdırma şokoladın tərkibində olan faydalı antioksidantların yalnız flavonoidlərlə məhdud olmadığını göstərdi. Tədqiqatçılar digər maddələri də ortaya çıxarmaq üçün araşdırmanı davam edirlər. Bir alma, bütöv şokolad plitkasında olan flavonoid nisbətinin 20%-ni özündə ehtiva edir.

Bir araşdırmaya görə, şokolad tərkibindəki teobromin adlı maddə sayəsində öskürəyi kəsir. Şokoladın xoşbəxtlik verici xüsusiyyətindən əlavə beynin vaqus sinirlərinin fəaliyyətlərinə müsbət təsir göstərir.
Mütəxəssislər şokoladın heç bir yan təsiri olmadığına inanır. Yuxu və yorğunluq hissi verən kodeindən çox daha ləzzətli olan şokoladı seçib öskürəyinizdən rahatlıqla qurtula bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR