Azərbaycan gömrükçüləri 27 ədəd mobil telefon aşkar ediblər

Azərbaycan gömrükçüləri 27 ədəd mobil telefon aşkar ediblər
15:42 24 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib. 
Bu barədə "Report"a DGK-dan bildirilib.
Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 27 ədəd mobil telefon, 13 ədəd adapter, 11 ədəd qulaqcıq və 29 ədəd mobil telefon qutusu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerbaycan-gomrukculeri-27-eded-mobil-telefon-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR