Bakıda sürücü sükan arxasında yuxuladı: ata və oğlu xəsarət aldılar

Bakıda sürücü sükan arxasında yuxuladı: ata və oğlu xəsarət aldılar
09:47 25 Oktyabr 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Xəzər rayonunun Qala qəsəbəsində qeydə alınıb. Burada 1965-ci il təvəllüdlü Ağayev Azər Şirməmməd oğlunun idarəetməsində olan "Peugeot" markalı avtomobillə "Shacman" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü A.Ağayev və onun yanında sərnişin qismində əyləşən oğlu 19 yaşlı Ağayev Əfqan ağır bədən xəsarətləri alıb.
Xəsarət alan hər iki şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. A.Ağayevin vəziyyəti nisbətən ağırdır.

Qəzaya səbəb kimi "Shacman" markalı yük avtomobilinin sürücüsünün yuxulaması göstərilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində (RPİ) araşdırmalara başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR