Maşın yol kənarında iki 2 piyadanı vurub

Maşın yol kənarında iki 2 piyadanı vurub
01:48 27 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə idarəetməni itirən maşın 2 piyadanı vurub.

Publika.az ARB Şəkiyə istinadən xəbər verir ki, Şəhərin Sabit Rəhman küçəsində "VAZ 2106" markalı avtomobil idarəetməni itirərək yol kənarında hərəkət edən Şəki şəhər sakinləri 1970-ci il təvəllüdlü Məhərrəmova Nəzakət Məhərrəm qızı və 1998-ci il təvəllüdlü Məhərrəmova Günay Telman qızını vurub.

Hər iki zərərçəkən dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəstələrin vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR