"Qanuni oğrular” Rövşən Lənkəranskinin mirasını bölməyə
başlayıblar.
Canıyevin Moskvadakı ən böyük aktivi olan göyərti, meyvə və tərəvəz
satışı üzrə topdan satış bazarı Merab Suxumskinin tabeçiliyinə
keçib.
Canıyevin daha böyük aktivləri isə son illərdə yaşadığı Türkiyədə
olub. Bu aktivlər Rövşənin "nəzarəti” altında fəaliyyət göstərən
kommersantlar və firmalardan, mehmanxanalar, narkotik maddələrin
göndərilməsi kanallarından və s ibarətdir.
Son zamanlar Canıyevin yaxın ətrafını bir tərəfdən "qanunçu”
Hüseyin Əhmədov, digər tərəfdən isə Merab Suxumskinin əsasən Temur
Nemsistverizde, Roin Uqlava (Mateviç), Dato Çuradzedən ibarət
mafiya qrupu təşkil edib. İndi hər iki tərəf Rövşənin mirasına haqq
iddia edir.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, hazırda
tərəflər arasında açıq mübahisə getməsə də , bu, gözləniləndir:
"Hələ ki Hüseyin Slepoyla Merabın qruplaşmasına daxil olan
"oğrular” arasında birbaşa münaqişə yoxdur. Lakin hər şey buna
doğru gedir. Rövşənin mirasının sülh yolu ilə "bölgüsü” alınmır”.
(aznews.az)